Bakıda körpələr evində yanğın olub: 18 uşaq xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda körpələr evində yanğın olub: 18 uşaq xilas edilib

19:54 - 14 / 04 / 2017
Bakıda körpələr evində yanğın olub: 18 uşaq xilas edilib

Bakıda körpələr evində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Pirallahı rayonunda baş verib.

Ümumi sahəsi 450 m² olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
816

Son xəbərlər

Bütün xəbərlər