Eldar Qasımovun Instagram-ını erməni hakerlər sındırıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Eldar Qasımovun Instagram-ını erməni hakerlər sındırıb – FOTO

11:55 - 14 / 04 / 2017
Eldar Qasımovun Instagram-ını erməni hakerlər sındırıb – FOTO

“Avroviziya 2011” beynəlxalq mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun rəsmi Instagram səhifəsini erməni hakerlər tərəfindən sındırılıb.

“Bu hesab Monte Melkonyanın kiber ordusuna aiddir”, - deyə Instagram səhifəsindəki məlumatda yazılıb.

Hazırda müğənni həmin sosial şəbəkənin dəstək xidməti vasitəsilə açmağa çalışır.

E.Qasımov 1news.az-a açıqlamasında öz istifadəçilərindən səhifəsində baş verənlərə görə üzr istədiyini bildirib.

Sındırılmadan sonra erməni hakerlər səhifəyə qondarma “erməni soyqırımı” ilə bağlı bir sıra paylaşımlar ediblər. 

1news.az

Paylaş:
3185

Son xəbərlər

Şirvan kanalı bərpa edildi

05 / 08 / 2026, 16:06

Prezident 2 fərman imzaladı

05 / 08 / 2026, 13:38
Bütün xəbərlər