Sabaha olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabaha olan hava proqnozu açıqlanıb

13:10 - 15 / 04 / 2017
Sabaha olan hava proqnozu açıqlanıb

16 apreldə gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

1news.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə8-11, gündüz 15-19,Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubətgecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz7-12dərəcə isti olacağı gözlənilir.

1news.az

Paylaş:
458

Son xəbərlər

Bütün xəbərlər