Gəncədə qadın avtobusda ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə qadın avtobusda ölüb

15:41 - 15 / 04 / 2017
Gəncədə qadın avtobusda ölüb

Gəncədə qadın sərnişin avtobusda qəflətən ölüb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Gəncədə şəhər daxilində sərnişin daşıyan 7 saylı avtobusda qeydə alınıb.

Şəhər sakini, 1961-ci il təvəllüdlü Hicran Cahangirova avtobusa minəndən sonra özünü pis hiss edərək yıxılıb. Ona dərhal yardım göstərilsə də, öldüyü məlum olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

1news.az

Paylaş:
534

Son xəbərlər

Bütün xəbərlər