Qusarda 6 otaqlı evin 3 otağı yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda 6 otaqlı evin 3 otağı yanıb

13:24 - 16 / 04 / 2017
Qusarda 6 otaqlı evin 3 otağı yanıb

Qusar rayonunda yerləşən evlərdən birində güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Qusar rayonu, Hil kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 130 m2 sahədə yanıb.

Evin qalan hissəsi və qonşu evlər yanğındn mühafizə olunub.

1news.az

 

Paylaş:
748

Son xəbərlər

Bütün xəbərlər