Azərbaycanla İran arasında hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə edilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla İran arasında hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə edilib – FOTO

14:48 - 16 / 04 / 2017
Azərbaycanla İran arasında hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə edilib – FOTO

İranda rəsmi səfərdə olan müdafiə naziri Zakir Həsənov aprelin 16-da Tehranda İran İslam Respublikasının müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Hüseyn Dehqan ilə görüşüb.

1news.az-ın Müdafiə Naziriliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan nümayəndə heyəti Şəhidlər kompleksini ziyarət edərək ehtiram əlaməti olaraq memorial önünə əklil qoyub.

Sonra rəsmi qarşılanma mərasimi keçirilib.

İki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşü zamanı hərbi, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

 

Paylaş:
463

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər