Zakir Həsənov İranın müdafiə nailiyyətləri sərgisində olub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov İranın müdafiə nailiyyətləri sərgisində olub - FOTO

15:59 - 16 / 04 / 2017
Zakir Həsənov İranın müdafiə nailiyyətləri sərgisində olub - FOTO

İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün Tehranda İranın müdafiə sənayesinin nailiyyətləri sərgisində olub.

1news.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ölkənin müdafiə sənayesi kompleksinin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova İran Silahlı Qüvvələrinin silahlanmasındakı müxtəlif döyüş vasitələrindən ibarət eksponatlar təqdim edilib.

Sərgi ilə tanışlıqdan sonra Z.Həsənov “Xatirə kitabı”nı imzalayıb.

1news.az

Paylaş:
608

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər