Füzuli rayonunda partlamamış top mərmisi tapılıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Füzuli rayonunda partlamamış top mərmisi tapılıb – FOTO

17:54 - 16 / 04 / 2017
Füzuli rayonunda partlamamış top mərmisi tapılıb – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında operativ məlumat yayıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, rayonun Əhmədalılar kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd 125 mm-lik  partlamamış top mərmisi (BM-22) və 1 ədəd partlamış PQ raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb.

Nəticə etibarilə 150 kv.m ərazi yoxlanılıb.

1news.az

Paylaş:
431

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər