Elmar Məmmədyarov İtaliyaya rəsmi səfərə yola düşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov İtaliyaya rəsmi səfərə yola düşüb

13:31 - 17 / 04 / 2017
Elmar Məmmədyarov İtaliyaya rəsmi səfərə yola düşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Malta və İtaliya Respublikasına rəsmi səfərə yola düşüb.

1news.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Malta və İtaliyandan olan həmkarları və digər rəsmi şəxslərlə  görüşləri nəzərdə tutulub. 

İtaliyaya səfər çərçivəsində nazir iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş foto-sərginin açılışında iştirak edəcək və Beynəlxalq Təşkilatlar üzrə İtaliya Cəmiyyəti təşkilatında “Azərbaycanın xarici siyasəti və İtaliya ilə münasibətlər” mövzusunda mühazirə ilə çıxış edəcək.

Pərvanə Sultanova

 

Paylaş:
558

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər