Tikinti şirkətləri hansı şərtləri təklif edir? - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Tikinti şirkətləri hansı şərtləri təklif edir? - FOTO

15:35 - 17 / 04 / 2017
Tikinti şirkətləri hansı şərtləri təklif edir? - FOTO

2016-cı ilin sonunda Azərbaycan Beynəlxalq Bankının xətti ilə verilən 20 illik ipoteka dayandırıldıqdan sonra ilkin daşınmaz əmlak bazarında satış şərtlərinin sadələşdirilməsi müşahidə olunur.

Buna misal olaraq, “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında yerləşən “Renessans Palace” premium klass yaşayış kompleksini göstərmək olar. Burada 2016-cı ilin noyabr ayında 20 illik ipoteka ilə yanaşı olaraq ilkin ödənişi 30% təşkil edən 2 illik daxili kredit də təklif olunurdu. Yanvar ayından etibarən 20 illik ipoteka dayandırıldıqdan sonra daxili kreditin müddəti 1 il artırılıb. Hal-hazırda kompleksdə ilkin ödənişi 30% təşkil edən 3 illik faizsiz daxili kredit təklif olunur.

Qeyd etmək yerinə düşər ki, satış şərtlərinin sadələşdirilməsi ilkin bazarda müşahidə olunan ümumi tendensiyadır. “AS Group Investment” Şirkətlər qrupu nəzdində Strateji Araşdırmalar Mərkəzi ilkin daşınmaz əmlak bazarında apardığı araşdırmaya əsaslanaraq bu qənaətə gəlib. Belə ki, noyabr ayında (20 illik ipoteka qüvvədə olduğu zaman) tikinti şirkətlərinin verdiyi daxili kreditin müddəti 24 aydan çox deyildi (bir tikinti şirkəti istisna olmaqla). Daxili kreditin ilkin ödənişi isə 30-50% arasında dəyişirdi. Mart ayında isə artıq əhəmiyyətli dəyişiklər qeydə alınıb. Tikinti şirkətlərinin təklif etdiyi daxili kreditin müddəti artıq 12-60 ay təşkil edir. İlkin ödənişin aşağı həddi isə 20%-dək azalıb. Tikinti şirkətlərinin təklif etdiyi kredit faizsiz olsa da, 100% ödənişlə kredit arasında qiymət fərqi var.

Strateji Araşdırmalar Mərkəzinin mütəxəssislərinin rəyinə əsasən hal-hazırda developerlərin uzunmüddətli kredit vermək imkanları məhduddur. Əgər tikinti şirkəti uzunmüddətli daxili kredit təklif edirsə, bu layihənin başa çatdırılmasını təhlükə altına qoya bilər. Bu fikir, üç əsas arqument üzərində qurulub:

1. Uzunmüddətli daxili kredit təklif edən şirkətlərin nağd pul təminatında problemləri var. Beləliklə, artıq mənzil almış insanların etibarını sarsıtmamaq və tikinti işlərini davam etdirmək üçün bəzən kredit 100% ödəniş qiymətinə verilir. Qısa müddətli perspektivdə pul axını təmin edilsə də, uzunmüddətli perspektivdə tikinti işlərinin davam edəcəyi sual altında olacaq. Biznesin qızıl qanununa əsasən, bu gün alınan məbləğ, sabah alınan eyni məbləğdən daha çoxdur. Bir sözlə, zaman pulu dəyərsizləşdirir. Məhz buna görə, tikinti şirkətləri öz vəsaitlərini qısa müddət ərzində almaqda maraqlıdılar.

2. Orta və yüksək seqmentdən olan layihələrdə əsas xərc aparan tikinti materialları xaricdən idxal olunur. Dolların möhkəmlənməsi fonunda idxal olunan tikinti materialların qiyməti bahalaşacaq. Gəliri manatda, tikinti materiallarını isə xarici valyutada alan tikinti şirkətləri təzyiqə davam gətirməyib ya keyfiyyətə müdaxilə edəcək, ya da tikinti işlərini yarımçıq qoyacaq.

3. Tikinti materiallarının bahalaşması və pulun dəyərsizləşməsi təhlükəsi ilə üzləşən tikinti şirkətinin krediti xarici valyutadadırsa, onda bu şirkət üçqat təhlükə ilə üzləşəcək. Məzənnə dəyişikliyi gəliri manatda, borc öhdəllikləri xarici valyutada olan tikinti şirkəti üçün böyük təhlükədir. Kreditlər üzrə faiz ödənişləri risk dərəcəsini daha da artırır.

Beləliklə, uzunmüddətli kredit təklif edən və tikinti işləri bünövrədə olan layihələrin təhvil verilməsi böyük sual altındadır. Məhz buna görə, kreditlə tikintisi başa çatmaqda olan yaşayış komplekslərində mənzil almaq tövsiyə olunur.

Reklam hüququnda

Paylaş:
630

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər