Bacı qardaşı üçün həbsxanaya narkotik keçirmək istədi - FOTO
3 saylı istintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
1news.az Ədliyyə Nazirliyi Penitensiar xidmətinə istinadən xəbər verir ki, Baş İdarənin və 3 saylı istintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs edilmiş şəxs Ağaverdiyev Maksud Eldar oğlu ilə qısa müddətli görüşə gəlmiş bacısı Bakı şəhər sakini Bayramova Lamiyə Eldar qızının üstünə və əşyalarına baxış keçirilən zaman gətirdiyi sovqatdakı əncir mürəbbəsinin içərisində gizlədilmiş 1 ədəd sellofan bükülüdə çəkisi 1.168 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür.
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib.
Fərid Ədalət