Malta Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlığa dair hazırlanan sazişi dəstəkləyir | 1news.az | Xəbərlər
Siyasət

Malta Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlığa dair hazırlanan sazişi dəstəkləyir

21:54 - 18 / 04 / 2017
Malta Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlığa dair hazırlanan sazişi dəstəkləyir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Maltaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Corc Vella ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə nazir Corc Vella 2016-cı ilin aprelində ölkəmizə etdiyi səfərini və səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünü məmnunluqla xatırladıb, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb.

Söhbət zamanı iki ölkə arasında münasibətlərin və siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə edilib, ikitərəfli münasibətlərin inkişafi baxımından son dövrlər həyata keçirilmiş yüksək səviyyəli səfərlərin əhəmiyyəti qeyd olunub.

Enerji sektorunda səmərəli əməkdaşlığın mövcudluğu, eləcə də iqtisadiyyatın digər sahələri, turizm, sərmayə qoyuluşu, nəqliyyat sahələri üzrə əlaqələrin inkişafı üçün geniş imkanların olduğu bildirilib.

Azərbaycan və Malta arasında münasibətlərin daha da inkişafı baxımından ikitərəfli hüquqi-normativ bazanın genişləndirilməsinin əhəmiyyəti qeyd edilib, xüsusilə də iqtisadiyyat, mədəniyyət və təhsil sahəsində əlaqələrin inkişafı üçün müvafiq sənədlərin imzalanmasının vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin terrorizm, həll edilməmiş münaqişələrin beynəlxalq sülh, sabitlik və təhlükəsizliyə təhdid olduğu bildirilib. Bu xüsusda, nazir E.Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar prosesinin cari durumu, o cümlədən Azərbaycanın mövqeyi haqqında ətraflı məlumat verib.

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, Maltanın hazırda Avropa İttifaqına sədrliyinin bu əməkdaşlığa verə biləcəyi töhfələr haqqında fikir mübadiləsi aparılıb. Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlığa dair hazırlanan sazişin imzalanmasına Malta tərəfindən dəstək ifadə edilib, Azərbaycanın Avropa üçün enerji, eləcə də nəqliyyat baxımından əhəmiyyəti vurğulanıb və bu sahədə müvafiq layihələr haqqında geniş fikir mübadiləsi aparılıb.

Sonda Elmar Məmmədyarov Malta Xarici İşlər Nazirliyinin xatirə kitabına ürək sözlərini yazıb.

1news.az

Paylaş:
491

Son xəbərlər

Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35
Bütün xəbərlər