Bakıda avtobus marşrutlarından birinin yolu dəyişdirilib – XƏRİTƏ | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda avtobus marşrutlarından birinin yolu dəyişdirilib – XƏRİTƏ

12:01 - 18 / 04 / 2017
Bakıda avtobus marşrutlarından birinin yolu dəyişdirilib – XƏRİTƏ

Bu gün Bakıda 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq qismən dəyişdirilib.

Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O deyib ki, buna səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.

Dəyişikliyə əsasən, təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır və Binəqədi şosesindən keçməklə hərəkət edəcək.

Babək Cahandarov

 

Paylaş:
2682

Son xəbərlər

Bütün xəbərlər