Malena Mard: Azərbaycan cəmiyyətinin inkişafı üçün əməkdaşlığı davam etdirəcəyik | 1news.az | Xəbərlər
Siyasət

Malena Mard: Azərbaycan cəmiyyətinin inkişafı üçün əməkdaşlığı davam etdirəcəyik

12:05 - 18 / 04 / 2017
Malena Mard: Azərbaycan cəmiyyətinin inkişafı üçün əməkdaşlığı davam etdirəcəyik

Avropa İttifaqı 2007-ci ildən bu yana Azərbaycanda vətəndaş sektorunun 70-dək layihəsinə 90 milyon avro vəsait ayırıb.

1news.az-ın məlumatına görə, bunu Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, bu layihələr qadınlar,  sosial işçilər, jurnalistlər, hakimlərin treninqləri  və s. sahələri əhatə edib.

“Azərbaycan cəmiyyətinin inkişafı üçün bu əməkdaşlığı davam etdirəcəyik” deyən M.Mard əlavə edib ki, Aİ 10,5 milyon avro həcmində təhsil və işlə təminetmə üzrə yeni maliyyə ayırıb:

“Bu layihələr Azərbaycan vətəndaşlarının xeyrinədir”.

Pərvanə Sultanova

 

Paylaş:
737

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər