Azərbaycan-Avropa İttifaqı biznes forumunda 300-ə yaxın şirkətin iştirakı gözlənilir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Avropa İttifaqı biznes forumunda 300-ə yaxın şirkətin iştirakı gözlənilir

12:43 - 18 / 04 / 2017
Azərbaycan-Avropa İttifaqı biznes forumunda 300-ə yaxın şirkətin iştirakı gözlənilir

İyunun 8-də keçiriləcək Azərbaycan-Avropa İttifaqı biznes forumuna hazırlıq görülür. 

1news.az-ın məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. 

Mard əlavə edib ki, biznes forumunda Aİ-dən yüksək səviyyədə nümayəndə heyəti iştirak edəcək. Biznes forumda Azərbaycandan və Avropadan  300-ə yaxın şirkətin iştirakını gözləyirik:

“Biz öz biznesmenlərimizdən Azərbaycanda biznes mühitinin necə olduğunu birbaşa öyrənə biləcəyik. Həmçinin Azərbaycanda islahatlara necə dəstək verə biləcəyimizi səbirsizliklə gözləyirik”. 

Pərvanə Sultanova

 

Paylaş:
450

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər