Fransa səfiri Bakı Ali Neft Məktəbində olub
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Aureliya Buşezlə görüşüb.
1news.az-ın məlumatına görə, qonağı salamlayan rektor E.Qasımov qeyd edib ki, Azərbaycan və Fransa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri inkişaf etməkdədir.
Səfirə 2013-cü ildə BANM və Fransa Neft İnstitutu (IFP) arasında əməkdaşlıq protokolunun imzalanması, həmçinin Ali Məktəbin TOTAL da daxil olmaqla bir sıra fransız şirkətləri ilə sıx əməkdaşlığı haqqında məlumat verilib.
Səfir A.Buşez səmimi qəbula görə təşəkkür edib, region üçün mühüm əhəmiyyət kəsb edən sahələr üzrə mütəxəssis hazırlayan BANM-nin iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsində oynadığı rola toxunub, IFP ilə BANM arasında əməkdaşlığın qurulmasının perspektivlərini vurğulayıb.
Görüşdə qarşılıqlı əməkdaşlıq, tələbə-müəllim mübadiləsi və digər məsələlər müzakirə olunub.
Babək Cahandarov