Vergi ödəyiciləri və sahibkarların hüquqları artırılacaq
“Son dövr ərzində həyata keçirilən islahatlar 2016-cı ildə imzalanan sərəncam əsasında aparılıb”.
1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev deyib.
Onun sözlərinə görə, Strateji Yol Xəritəsinə uyğun olaraq Vergilər Nazirliyi tərəfindən növbəti dövr üçün iş planı hazırlanıb:
“Orada həm vergitutma bazasının genişləndirilməsi, həm də vergi ödəyicilərinin, xüsusən də kiçik və orta sahibkarların hüquqlarının artırılması ilə bağlı tədbirlər nəzərdə tutulub”.
Babək Cahandarov
572