Meteoroloqlardan xəbərdarlıq: Hava çiskinli və küləkli olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 21-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-12, gündüz 17-22, Bakıda gecə 8-10, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 7-12, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Meteoroloqların xəbərdarlığına görə, Bakıda və Abşeron yarımadasında aprelin 22-də gün ərzində güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında isə aprelin 21-i gündüzdən 25-dək qərb, şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir güclü olacağı gözlənilir.
Babək Cahandarov