Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 4 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 4 milyon manat ayrılıb

17:58 - 20 / 04 / 2017
Sumqayıtda avtomobil yollarının əsaslı təmirinə 4 milyon manat ayrılıb

Prezident İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

1news.az

Paylaş:
729

Son xəbərlər

Bütün xəbərlər