Marin Le Pen Qarabağın Ermənistana birləşdirilməsini təklif edir | 1news.az | Xəbərlər
Siyasət

Marin Le Pen Qarabağın Ermənistana birləşdirilməsini təklif edir

12:11 - 20 / 04 / 2017
Marin Le Pen Qarabağın Ermənistana birləşdirilməsini təklif edir

Fransada prezidentliyə namizədlərdən biri, “Milli cəbhə” partiyasının lideri Marin Le Pen hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin ən yaxşı həlli Qarabağın Ermənistana birləşdirilməsidir.

Bu haqda o, fransız dilli Nouvelles d’Arménie dərcinə verdiyi müsahibədə bildirib. Bu haqda erməni dilli sayt Panorama məlumat verir.

Onun sözlərinə, keçmiş SSR-nin inzibati sərhədi çox tez və mənasız olaraq beynəlxalq müstəvidə tanınıb:

“Lakin müstəqillik əvəzinə Ermənistan və Azərbaycanın Qarabağın Ermənistana birləşdirilməsi ətrafında düşünməsi yaxşı olardı”.

Fransada prezident seçkiləri ərəfəsində namizədlər nüfuzlu erməni icmasının səsçoxluğunu toplamaq üçün fəal addımlar atırlar.

Belə ki, daha əvvəl prezidentliyə namizədlərdən biri, ölkənin ən iri müxalifət partiyası olan “Respublikaçılar”ın nümayəndəsi  Fransua Fiyon da elə həmin nəşrə müsahibsəində Azərbaycanı “Qarabağı güclə qoparmaqda” iddiham etmişdi.

Onun sözlərinə görə, münaqişə Stalinin Qarabağı ermənilərdən alaraq Azərbaycana birləşdirməsindən sonra yaranıb.

Qarabağ mövzusundan başqa, fransız politoloqlar seçikilərdə qalib gələcəkləri təqdirdə Osmanlı imperiyası tərəfindən törədilmiş qondarma “erməni soyqırımı”nın beynəlxalq müstəvidə tanınmasına səy göstərəcəkərini də vəd edirlər.

S.Xankişiyeva

Paylaş:
1025

Son xəbərlər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29
Bütün xəbərlər