Tovuzda tüfənglə şəkil çəkdirmək istəyən qardaş qardaşını güllələyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda tüfənglə şəkil çəkdirmək istəyən qardaş qardaşını güllələyib

14:55 - 21 / 04 / 2017
Tovuzda tüfənglə şəkil çəkdirmək istəyən qardaş qardaşını güllələyib

Dünən Tovuz rayonunda 15 yaşlı yeniyetmənin 22 yaşlı qardaşını güllələyərək öldürməsi hadisəsinin şok təfərrüatı üzə çıxıb.

1news.az lent.az-a istinadən xəbər verir ki, İbrahimhacılı kənd sakini, 2002-ci il təvəllüdlü İbrahim İsmayılov, qardaşı, 1995-ci il təvəllüdlü anadan olmuş Sərxan və iki qonşusu ilə dağətəyi əraziyə ova gedib.

Burada ov edə bilməyən gənclər saat 16:30 radələrində tüfəngi bir-birinin başına dirəyərək maraqlı şəkil çəkdirmək qərarına gəliblər və əvvəlcə Sərxan 15 yaşlı qardaşının başına silah dayayaraq şəkil çəkdirib. Daha sonra isə eyni formada şəkil çəkdirmək üçün kiçik qardaşı Sərxanın başına silah dirəyib. Bu zaman onun barmağı ehtiyatsızlıqdan tüfəngin tətiyinə ilişib və atəş açılıb. Yaxın məsafədən açılan atəş 22 yaşlı Sərxan İsmayılovun yerindəcə ölümünə səbəb olub.

Hadisədən sonra ailə üzvləri və qohumları 15 yaşlı İbrahimin polis tərəfindən aparılmasına qarşı çıxıb. O, dindirildikdən sonra gecə saatlarında evinə qaytarılıb.

Bildirilir ki, gənclərin atası ortancıl oğlu ilə Rusiyada işləyir və dünən gecə saatlarında hadisədən xəbər tutan kimi təcili Azərbaycana gəlib.

1news.az

Paylaş:
608

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər