PAŞA Sığorta şirkəti “Sirli Bakı” layihəsini təqdim edib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

PAŞA Sığorta şirkəti “Sirli Bakı” layihəsini təqdim edib - FOTO

16:28 - 21 / 04 / 2017
PAŞA Sığorta şirkəti “Sirli Bakı” layihəsini təqdim edib - FOTO

PAŞA Sığorta şirkəti Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən beynəlxalq abidələr və tarixi yerlər günü münasibəti ilə təşkil olunmuş tədbirdə “Sirli Bakı” layihəsinin təqdimatını keçirib.

PAŞA Sığortanın təşəbbüsü, PAŞA Holdinq və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılan “Sirli Bakı” layihəsinin başlıca məqsədi paytaxt Bakıda olan tarixi abidələr barədə yerli əhali və şəhərin qonaqlarını məlumatlandıraraq onların şəhərin tarixi barədə maariflənməsinə dəstək olmaqdır.

Layihəyə əsasən, paytaxtda yerləşən tarixi obyektlər qarşısında xüsusi stendlərin quraşdırılması nəzərdə tutulub. Həmin stendlərə yaxınlaşaraq smartfon cihazlar vasitəsilə tarixi obyektlər barədə virtual şəkildə interaktiv məlumat əldə etmək mümkün olacaq. Belə ki, bunun üçün layihə çərçivəsində “Sirli Bakı”  mobil tətbiqi tərtib edilib. Tətbiqi smartfon cihazlarına yükləyərək xüsusi hazırlanmış “Artırılmış Reallıq” texnologiyası vasitəsilə smartfonun kamerasını obyektlərin yanında yerləşdirilmiş stendlərin üzərindəki markerə tərəf tutmaq gərəkir. Beləliklə, istifadəçilər həmin tətbiqdə tarixi obyektlərə dair mətn, foto, həmçinin video formatlı məlumatlar əldə edə biləcəklər.

“Bakının 46 tarixi obyekti haqqında ən maraqlı və interaktiv məlumatları özündə əks etdirəcək “Sirli Bakı” layihəsi Bakının irsini yaşatmaq, bu ecazkar şəhərin bənzərsiz tarixi xəzinəsini həm yerli əhaliyə, həm də paytaxtın əcnəbi qonaqlarına tanıtmaq üçün innovativ bir vasitədir. İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi beynəlxalq miqyaslı tədbirlərin mütəmadi olaraq keçirilməsi və nəticə olaraq Bakının turizm mərkəzinə çevrilməsi layihəmizin aktuallığını daha da artırır. Bu möhtəşəm layihənin ərsəyə gəlməsində bizə dəstək göstərən hər kəsə, xüsusilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dərin minnətdarlığımı bildirirəm”, - deyə PAŞA Sığorta ASC-nin idarə heyətinin sədri Ülviyyə Cabbarova vurğulayıb.

Tətbiqdə həmçinin tanınmış bələdçi və tarixçi Fuad Axundovun səsinin müşayiəti ilə tarixi abidələrin şəkillərindən ibarət slayd şou təqdim olunacaq. Tətbiqdən istifadəni rahatlaşdıran daha bir üstün cəhət burada cari məkandan növbəti abidəyə kimi istiqaməti/marşrutu xəritədə görmə imkanının mövcud olmasıdır.

Azərbaycan, rus və ingilis dillərində çalışan “Sirli Bakı” mobil tətbiqi həm iOS, həm də Android platformaları üçün nəzərdə tutulub. Layihə barədə ətraflı məlumat üçün: http://pasha-insurance.az/sirlibaki/indexaz.html

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Reklam hüququnda

Paylaş:
1818

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər