Almaniya səfiri Naxçıvana səfər edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Almaniya səfiri Naxçıvana səfər edib – FOTO

17:04 - 21 / 04 / 2017
Almaniya səfiri Naxçıvana səfər edib – FOTO

Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrabın 18-19 aprel tarixlərində Naxçıvana səfər edib.

Səfirlikdən 1news.az-a verilən məlumata görə, səfir Naxçıvan Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. Görüş əsnasında Almaniya və Azərbaycan arasında münasibətlər haqqında fikir mübadiləsi aparılıb. Hər iki tərəf iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşməsi üçün danışıqları davam etdirmək barədə qərar veribər.

Muxtar Respublikanın iqtisadiyyat naziri Famil Seydiov və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Əsgər İsmayılov görüşdə əsasən iqtisadiyyat və konsulluq məsələləri ilə əlaqədar müzakirələr aparılıb.

Səfərin diqqət mərkəzində Muxtar Respublikanın iqtisadi potensialı ilə tanışlıq durub. M.Kindsqrab Naxçıvan Biznes Mərkəzində xüsusilə respublikanın kənd təsərrüfatı məhsullarına baxıb.

Bundan başqa səfir sənaye şəhəri hesab olunan Naxçıvanda 2010-cu ildən fəaliyyət göstərən NAZ-Lifan avtomobil zavodu ilə tanış olub. Səfirə məlumat verilib ki, bu zavodda Çin modellerinə uyğun olaraq minik avtomobillərinin yığımı təşkil olunur.

Səfir Kindsqrab Naxçıvanda bir neçə muzeydə və Duz Dağı müalicə mərkəzində olmaqla Muxtar Respublikanın turizm potensialı ilə tanış olub.

Səfər proqramı çərçivəsində ən vacib görüşlərdən biri də Naxçıvan Özəl Universitetinin rektoru İsmayıl Əliyev və alman dilini tədris edən müəllimlərlə görüş olub. Hər iki tərəf 2016-cı ildən özəl universitet və Lüdviq Maksimilian Münhen universiteti arasında əməkdaşlığın vacibliyini xüsusi qeyd ediblər.

Qeyd edək ki, M.Kindsqrab 2016-cı ilin avqust ayından Almaniya Federativ Respublikasının Bakıdakı səfiridir.

Səfir Kindsqrab diplomatik fəaliyyəti çərçivəsində müntəzəm olaraq ölkənin bölgələrinə rəsmi səfərlər hayata keçirir.

Babək Cahandarov

Paylaş:
555

Son xəbərlər

Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11
Bütün xəbərlər