Heydər Əliyev Fondunun yardım və hədiyyələri Pakistanın Rara məktəbinə təqdim olunub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Heydər Əliyev Fondunun yardım və hədiyyələri Pakistanın Rara məktəbinə təqdim olunub – FOTO

17:10 - 21 / 04 / 2017
Heydər Əliyev Fondunun yardım və hədiyyələri Pakistanın Rara məktəbinə təqdim olunub – FOTO

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Müzəffərabad şəhərinə səfər edib, 2007-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bu şəhərdə inşa edilmiş Rara məktəbində olub.

Əli Əlizadə məktəbin müəllim heyəti və şagirdləri ilə görüşərək ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində onun adını daşıyan Fond tərəfindən tikilən məktəbi ziyarət etməkdən qürur duyduğunu bildirib. Səfir Heydər Əliyev Fondunun fəaliyyəti və həyata keçirdiyi sosial, humanitar layihələr barədə məlumat verib. O, Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə, xüsusən Pakistanda təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə xeyli layihələr həyata keçirdiyini qeyd edib.

Bildirib ki, bu layihələrdən biri 2005-ci ildə Pakistanda baş vermiş dağıdıcı zəlzələdən sonra Müzəffərabad şəhərində 400 yerlik Rara qızlar məktəbinin Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən inşa edilməsidir. Bu da Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin təzahürü, eyni zamanda, təhsilə göstərilən diqqət və qayğının bir nümunəsidir.

Səfir Azərbaycanın Pakistanla əlaqələrinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayaraq, Azərbaycanın və Pakistanın hər zaman bir-birinə dəstək göstərdiyini, Azərbaycan torpaqlarını, Dağlıq Qarabağı və ətraf rayonları işğal etdiyinə görə Ermənistanın Pakistan tərəfindən bir dövlət kimi tanımadığını, həmçinin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Kəşmir üzrə təmas qrupunun üzvü olduğunu söyləyib, Dağlıq Qarabağ və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında tezliklə həll olunmasını arzu edib. Diplomat, həmçinin məktəbdə tədrisin vəziyyəti ilə yaxından tanış olub və təhsil ocağının ehtiyacları ilə maraqlanıb. O, Heydər Əliyev Fondunun yardım və hədiyyələrini, uşaqlar üçün alınmış dərslikləri, məktəbli formalarını, kompüter və printerləri, dəmir seyfləri, idman ləvazimatlarını, əyani dərs materiallarını, xəritə, məlumat lövhələrini, uşaq oyuncaqlarını və digər hədiyyələri məktəbə təqdim edib.

Həmçinin Heydər Əliyev Fondunun nəşr etdiyi kitablar, eləcə də Pakistanda urdu və ingilis dillərində dərc edilmiş “Heydər Əliyev", “Azərbaycanın qısa dövlətçilik tarixi”, “Xocalı soyqırımı şahidlərin dili ilə”, “Azərbaycan poeziyası”, “Azərbaycan-Qafqazın cənnəti”, eləcə də Azərbaycan həqiqətlərinə dair digər kitablar, jurnal və bukletlər məktəbə təqdim olunub.

Əyalətin təhsil nazirinin müavini İrşad Əhməd Qureyşi və məktəbin direktoru xanım Nighat Şahin Fond tərəfindən tikilmiş Rara məktəbinin şagirdlərin müxtəlif biliklərə yiyələnməsində, onların tədris, təlim və tərbiyəsində önəmli rolunun olduğunu deyiblər. Onlar təhsil üçün yaradılmış əlverişli şəraitə, diqqət və qayğıya görə Azərbaycan dövlətinə, xüsusilə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya Pakistan hökuməti adından və öz adlarından dərin təşəkkürlərini bildiriblər.

Sonda məktəblilər öz istedadlarını nümayiş etdiriblər.

АZƏRTAC

Paylaş:
652

Son xəbərlər

Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11
Bütün xəbərlər