Giorgi Kvirikaşvili: Gürcüstan Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafına böyük önəm verir | 1news.az | Xəbərlər
Siyasət

Giorgi Kvirikaşvili: Gürcüstan Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafına böyük önəm verir

19:16 - 21 / 04 / 2017
Giorgi Kvirikaşvili: Gürcüstan Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafına böyük önəm verir

Gürcüstan ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri din xadimlərimizin xidmətləri sayəsində daha da möhkəmlənib.

Bu fikir Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin Tbilisidə Baş Nazir Giorgi Kvirikaşvili ilə görüşündə səslənib.

Baş nazir deyib ki, Gürcüstan Azərbaycan ilə əlaqələrin bütün sahələrdə, eləcə də dinlər arasında inkişafına böyük önəm verir: “Biz patriarxdan sizin haqqınızda hər zaman yaxşı sözlər eşidirik və Gürcüstanda sizə böyük hörmət var. Biz sizin bu səfərinizə böyük önəm veririk. İnanırıq ki, sizin bu səfəriniz münasibətlərimizin daha da inkişafı üçün yeni imkanlar yaradacaq”.

Hökumət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə sıx münasibətlərinin olduğunu vurğulayıb, ölkəmizdə Birinci vitse-prezident vəzifəsinin yaradılmasını və xanım Mehriban Əliyevanın bu vəzifəyə təyin olunmasını yüksək dəyərləndirib.

Gürcüstanda müsəlmanların azad, demokratik şəraitdə yaşadıqlarını qeyd edən Baş nazir deyib ki, Azərbaycanda da Gürcüstan patriarxlığının nümayəndəliyinin yaradılması çox yaxşı haldır və biz bunu yüksək qiymətləndiririk.

Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Baş nazir Giorgi Kvirikaşviliyə çatdırıb. O bildirib ki, Azərbaycan qonşu və qardaş Gürcüstan ilə əlaqələrin bütün sahələrdə inkişafında maraqlıdır. Şeyxülislam dinlər arasında əlaqələrin genişlənməsində, tolerantlığın möhkəmlənməsində Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin fəaliyyətini qeyd edib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinin inkişaf perspektivləri, müstəqillik illərində əldə etdiyimiz uğurlar, habelə hər iki ölkənin üzləşdiyi problemlər diqqət mərkəzində olub. Mövcud münaqişələrin həllində dini liderlərin rolunun artırılmasının vacibliyi xüsusi qeyd edilib.

Söhbət zamanı xristian və müsəlman dini icmalarının beynəlxalq konfransının keçirilməsi barədə razılıq əldə olunub.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Əli Əliyev, Milli Məclisin deputatı Cavanşir Paşazadə, Gürcüstanın dini məsələlər üzrə dövlət naziri Zaza Vaşaqmadze və digər rəsmi şəxslər iştirak ediblər.

AZƏRTAC

Paylaş:
697

Son xəbərlər

Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20
Bütün xəbərlər