Bəxtiyar Vahabzadənin prokuror oğlu təqaüdə göndərilib
Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.
1news.az APA-ya istinadən xəbər verir ki, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə prokurorluqda qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub.
Bundan başqa, Tərtər rayon prokuroru Azər Hətəmov tutduğu vəzifədən azad edilərək Şəmkir rayon prokuroru, Tovuz rayon prokurorunun müavini Elçin Qəhrəmanov isə tutduğu vəzifədən azad edilərək Tovuz rayon prokuroru vəzifələrinə təyin ediliblər.
Qeyd edək ki, A. Vahabzadə mərhum xalq şairi Bəxtiyar Vahabzadənin oğludur.
1news.az
606