Ermənilərin törətdikləri cinayətləri tarixi faktlarla oxucuya çatdıran yeni kitab – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ermənilərin törətdikləri cinayətləri tarixi faktlarla oxucuya çatdıran yeni kitab – FOTO

16:25 - 24 / 04 / 2017
Ermənilərin törətdikləri cinayətləri tarixi faktlarla oxucuya çatdıran yeni kitab – FOTO

Tədqiqatçı alimlər Sövdayar Muradov və Ziyadxan Nəbibəylinin “Ermənilərin türklərə və Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımı” kitabının üçüncü cildi işıq üzü görüb.

Bu monoqrafiya Çanaqqala qələbəsinin 100 illiyinə və Mustafa Kamal Atatürkün anadan olmasının 135 illiyinə həsr edilib.

Bakı Dövlət Universitetinin tarix fakültəsinin tədris-metodik şurasının və “Arxeologiya və etnoqrafıya” kafedrasının qərarları ilə çapına məsləhət görülən bu cilddə tarixi hadisələr faktların dili ilə oxucuya çatdırılır.

Bu elmi-tədqiqat əsəri ermənilərin son yüz ildə Türkiyə və Azərbaycanda apardıqları qanlı cinayətlərdən, soyqırımından, etnik təmizləmə və insanlığa sığmayan vəhşiliklərdən bəhs edən üçüncü monoqrafiyadır. Ermənilərin havadarları ilə birlikdə istər Türkiyədə, istərsə də Azərbaycanda həyata keçirdikləri qəddarlıqların sayı tükənməzdir və bu haqda ən böyük dəlillər dünyanın müxtəlif ölkələrinin arxivlərində saxlanılır. Müəlliflərin böyük zəhməti hesabına həmin arxiv sənədlərinə istinad edilməklə hazırladıqları bu cilddə ingilislərin Türkiyədə törətdikləri qanlı cinayət hadisələrinə diqqət yönəldilir. Bununla yanaşı, ermənilərin Azərbaycandakı cinayətlərinə də yer ayrılıb.

Nəşrin baş redaktoru professor Əsmət Muxtarova, rəyçiləri professor Qüdrət İsmayılzadə, tarix üzrə fəlsəfə doktorları Sənubər İsmayılova və Xatirə Ağayevadır.

Əsərin əsasını müxtəlif ölkələrin arxiv sənədləri, xüsusən Baş Nazirliyin Osmanlı Arxivinin müxtəlif mənbələri ilə yanaşı, ermənilərin Azərbaycan torpaqlarına köçürülmələrinə, dünya azərbaycanlılarının soyqırımına dair materiallar təşkil edir. Bütün materiallarda müəlliflər sırf arxiv sənədlərindən bəhrələniblər.

Yüksək poliqrafik üslubda “HEROQLİF” mətbəəsində çap edilmiş 376 səhifəlik bu sanballı nəşrdə təqdim olunan tarixi faktlar deməyə əsas verir ki, hələ araşdırılası, öyrəniləsi çox məsələ var.

Nəşrdə haqlı olaraq müəlliflər vurğulayır ki, bu toplular nə birinci, nə də sonuncudur. Müvafiq istiqamətdə araşdırmalar bundan sonra da davam etdiriləcək.

İnanırıq ki, “Ermənilərin türklərə və Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımı” kitabı nəinki tədqiqatçılar, gənc mütəxəssislər, həmçinin tarixi gerçəkliyi daha dərindən, olduğu kimi bilmək, öyrənmək istəyən hər bir vətəndaşımız üçün maraqlı olacaq.

AZƏRTAC

Paylaş:
706

Son xəbərlər

Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04
Bütün xəbərlər