Elmar Məmmədyarov litvalı həmkarı ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov litvalı həmkarı ilə görüşüb – FOTO

19:39 - 24 / 04 / 2017
Elmar Məmmədyarov litvalı həmkarı ilə görüşüb – FOTO

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litva xarici işlər naziri Linas Linkeviçius ilə görüşüb.

XİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Litva arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və gündəlikdə duran məsələlər müzakirə edilib. İki ölkə arasında münasibətlərin pozitiv inkişafı və ticarət dövriyyəsinin artması təqdir edilib. Tərəflər 1918-ci ildə Azərbaycan Demokratik Respublikası ilə Litva arasında diplomatik münasibətlərin qurulması, Litvanın ADR-də konsulluğunun fəaliyyət göstərməsi faktlarını xatırladaraq gələn il iki ölkə arasında diplomatik əlaqələrin 100 illiyinin qeyd olunacağını məmnuniyyətlə vurğulayıblar.

E. Məmmədyarov Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi üzrə aparılan danışıqlar barədə həmkarına məlumat verib. L. Linkeviçius deyib ki, Litva sözügedən saziş layihəsi üzrə aparılan danışıqları və Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişaf etdirilməsini dəstəkləyir. O, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tvinniq layihələrinin əhəmiyyətinə toxunaraq Litvanın Azərbaycan üçün maraq kəsb edən layihələr davam etdirməyə hazır olduğunu söyləyib.

Görüşdə Azərbaycanla Litva arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinə toxunuldu və hökumətlərarası birgə komissiyanın fəaliyyətinə nəzər salınıb. Tərəflər iki ölkə arasında təhsil sahəsində uğurlu əməkdaşlığın qurulduğunu bildiriblər. Məlumat verilib ki, hazırda Litva universitetlərində 200-dən artıq azərbaycanlı tələbə təhsil alır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan E. Məmmədyarov Aİ-nin dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyinin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğulayıb.

Nazirlər regional enerji və nəqliyyat layihələrini də müzakirə ediblər. E. Məmmədyarov Cənub Qaz Dəhlizinin vacib komponentləri olan TANAP/TAP layihələrinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyini deyib. Şimal-Cənub layihəsinin Hind okeanı hövzəsi ilə Baltik dənizi arasında dəmir yol xətti ilə uzlaşma yaratmaq potensialına malik olduğunu nəzərə çatdıran nazir bu xüsusda Azərbaycan və Litvanın dəmir yolu qurumlarının əməkdaşlığı üçün geniş imkanların olduğunu bildirib.

Görüşün sonunda nazirlər birgə mətbuat konfransı keçiriblər və kütləvi informasiya nümayəndələrinin suallarını cavablandırıblar.

1news.az

Paylaş:
590

Son xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28
Bütün xəbərlər