Bu gün Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayır | 1news.az | Xəbərlər
Siyasət

Bu gün Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayır

09:13 - 24 / 04 / 2017
Bu gün Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının(AŞPA) yaz sessiyası öz işinə başlayır.

1news.az –ın AŞPA-nın saytına istinadən məlumatına görə,  sessiyanın gündəliyinə Türkiyədə demokratik institutların fəaliyyəti, üzv ölkələrdə insan haqlarının vəziyyəti, miqrant qadın və uşaqlarla bağlı məsələlər daxil edilib.

Sessiya çərçivəsində Yunanıstan prezidenti Prokopis Pavlopoulos, Avropa Şurasının baş katibi Turbyorn Yaqland, Kiprin xarici işlər naziri İoannis Kasoulides çıxış edəcək və deputatların suallarını cavablandıracaqlar. Avropa Şurasının insan haqları komissarı Nils Mujinikes illik hesabatını təqdim edəcək.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycanın ı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  və bir qrup deputat yaz sessiyasında iştirak edir.

Sessiya aprelin 28-də başa çatacaq.

Pərvanə Sultanova

 

Paylaş:
559

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər