Sərhəddən heroin keçirmək istəyən şəxs özünü bıçaqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərhəddən heroin keçirmək istəyən şəxs özünü bıçaqladı

11:41 - 24 / 04 / 2017
Sərhəddən heroin keçirmək istəyən şəxs özünü bıçaqladı

Sərhəd­çilərimizin sayıqlığı sayəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb.

1news.az-ın Dövlət Sərhəd Xidmətinə istinadən verdiyi xəbərə görə, aprelin 20-də saat 22:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Biləsuvar rayonunun ərazisindəki sərhəd zastava­sının xidməti sahəsində İrandan Azərbaycana dövlət sərhədindən narkotik vasitələri keçirərək hadisə yerindən uzaqlaşmağa cəhd göstərən Yevlax rayon sakinləri Niyazquliyev Müşfiq İbrahim oğlu və Cəfərov Ramin İslam oğlu səhədçilərin çevikliyi nəticəsində saxlanılıblar.

Onların üzərlərinə baxış zamanı külli miqdarda narkotik maddə olan 1 kq 250 qram heroin və 950 qram marixuana aşkar olunaraq götürülüb.

Təqib zamanı sərhədçilərə qarşı müqavimət göstərən Cəfərov  Ramin İslam oğlu özünə bıçaqla ağır bədən xəsarəti yetirib. Yaralı ilkin tibbi yardım göstərilməsi üçün tibb müəssisəsinə çatdırılıb. Hazırda saxlanılan şəxsin sağlamlığına heç bir təhlükə yoxdur.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Babək Cahandarov

 

Paylaş:
676

Son xəbərlər

Bütün xəbərlər