Olland: "Qarabağ münaqişəsinin həll yolunu tapmalıyıq" | 1news.az | Xəbərlər
Siyasət

Olland: "Qarabağ münaqişəsinin həll yolunu tapmalıyıq"

13:26 - 25 / 04 / 2017
Olland: "Qarabağ münaqişəsinin həll yolunu tapmalıyıq"

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur".

1news.az “1in.am”a istinadən xəbər verir ki, bu bəyanatla  Fransa prezidenti Fransua Olland çıxış edib.

O deyib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həll yolunun tapılmasına  çalışır:

"Bu münaqişə hər il gənc insanların həyatını itirməsinə səbəb olur. Son vaxtlar münaqişə daha da kəskinləşib. Düzdür, tərəflər 23 ildir danışıqlar aparır. Status-kvo qəbuledilməz olduğundan biz problemin  həlli yolunu tapmalıyıq. Amma bu münaqişənin hərbi yolla həlli yoxdur".

Pərvanə Sultanova

 

Paylaş:
582

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər