Azərbaycan Yəmənə humanitar yardım göstərib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Yəmənə humanitar yardım göstərib

15:55 - 25 / 04 / 2017
Azərbaycan Yəmənə humanitar yardım göstərib

İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardımın göstərilməsi məqsədilə BMT-nin Yüksək Səviyyəli Donor konfransı keçirilib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən verilən məlumata görə, tədbirdə ölkəmizi Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil edib.
 
İslam həmrəyliyi prinsipinə daim sadiq olan və 2017-cil ili “İslam həmrəyliyi ili” elan edilən Azərbaycan tərəfindən genişmiqyaslı humanitar böhranın yaşandığı Yəmənə donor konfransı əsnasında humanitar yardımın göstərildiyi qeyd olunub.

Pərvanə Sultanova
 

Paylaş:
674

Son xəbərlər

Bütün xəbərlər