Ali Məhkəməyə hakim təyin edilib | 1news.az | Xəbərlər
Siyasət

Ali Məhkəməyə hakim təyin edilib

16:21 - 25 / 04 / 2017
Ali Məhkəməyə hakim təyin edilib

Milli Məclis Əziz Cəfər oğlu Seyidovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında qərar qəbul edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, qərarda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Əziz Cəfər oğlu Seyidov Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.

2. Bu Qərar qəbul edildiyi gündən qüvvəyə minir”.

S.Xankişiyeva

Paylaş:
696

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər