Nantda yaşayan soydaşlarımızla görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Nantda yaşayan soydaşlarımızla görüş keçirilib - FOTO

21:32 - 25 / 04 / 2017
Nantda yaşayan soydaşlarımızla görüş keçirilib - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) və Azərbaycanın Fransadakı səfirliyinin nümayındələri “Paris Azərbaycan Evi”nin rəhbərliyi ilə birgə Fransanın Nant şəhərində Azərbaycan və Türk diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, Nant şəhəri və ətraf bölgələrdə yaşayan azərbaycanlılarla görüşdə buradakı soydaşlarımızın problemləri, yerli cəmiyyətə inteqrasiya məsələləri, Azərbaycan həqiqətlərinin təbliği, “Fransa Azərbaycan Mədəniyyət Mərkəzi”nin perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Nantdakı Azərbaycan diasporunun fəaliyyət perspektivlərin dair fikir mübadiləsi aparan soydaşlarımız cəmiyyətin yaradılmasına dəstək göstərəcəklərini bildiriblər.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatla birbaşa əməkdaşlıq imkanlarını qeyd edilərək, eyni zamanda digər müvafiq dövlət qurumları, Azərbaycan və türk diaspor təşkilatları ilə işbirliyinin vacibliyi vurğulanıb. Fransadakı azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin daha yüksək səviyyədə koordinasiya olunması ilə bağlı təkliflər səsləndirilib. Görüşün sonunda təşkilata kitab və digər hədiyyələr təqdim edib.

Nümayəndə heyəti daha sonra Nantes Türk Kültür Dərnəyinin rəhbəri Davud Keres, Nant şəhəri ətrafında fəaliyyət göstərən digər türk dərnəklərinin rəhbərləri ilə görüş keçirib. Görüşdə Nantdakı Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlıq perspektivləri, təcrübə mübadiləsi məsələləri ilə bağlı müzakirələr edilərək müəyyən razılıqlar əldə edilib.

Sonda diaspor rəhbərlərinə xatirə hədiyyələri təqdim olunub.

1news.az

Paylaş:
637

Son xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28
Bütün xəbərlər