Azərbaycana Körfəz ölkələrindən gələn turistlərin sayı artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycana Körfəz ölkələrindən gələn turistlərin sayı artıb

10:27 - 25 / 04 / 2017
Azərbaycana Körfəz ölkələrindən gələn turistlərin sayı artıb

Körfəz ölkələri, Çin, Koreya, Yaponiya, Malayziya və Sinqapurdan Azərbaycana gələn turistlərin sayı artıb.

1news.az-ın məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov deyib. Onun sözlərinə görə, 2015-ci ildə 13 müsəlman ölkəsindən 27 min insan gəldiyi halda, 2016-cı ildə bu rəqəm 157 minə qədər artıb:

"2015-ci illə müqayisədə 2016-cı ildə ölkəmizə İordaniyadan 2 dəfə, Küveytdən 3.2 dəfə, Qətərdən 5.5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, BƏƏ-dən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.

2016-cı ilin ilk 3 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə İrandan gələn turistlərin sayı isə 2 dəfədən  çox artıb".

Babək Cahandarov

 

 

Paylaş:
768

Son xəbərlər

Bütün xəbərlər