Qaxda su festivalı keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaxda su festivalı keçirilib - FOTO

23:31 - 25 / 04 / 2017
Qaxda su festivalı keçirilib - FOTO

Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə bağlı “Xəzərdən başlayan su səyahəti”nin növbəti estafetini aprelin 25-də Qax rayonu qəbul edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, axşam saatlarında Qax şəhərinin mərkəzi meydanında su festivalı keçirilib.

Tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, aprelin 5-də Prezident İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini Qax sakininə təhvil verməsi görüntüləri təqdim edilib. Xəzər dənizindən götürülmüş suyun Qax rayonunadək keçdiyi səyahət yoluna, o cümlədən su səyahətinin Qax mərhələsinə nəzər salınıb.

Sonra “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Ram-rama şəlaləsindən su ilə dolduraraq Qax şəhərinin mərkəzi meydanına gətirən yunan-Roma güləşi üzrə Avropa çempionatının bürünc mükafatçısı Əli Əminzadə, sərbəst güləş üzrə SSRİ idman ustası Məmməd Qasımov və Qax məktəblisi Ayşən Hüseynova alqış sədaları altında səhnəyə dəvət olunub. Festival iştirakçıları onları coşqu ilə qarşılayıblar.

Mərasim iştirakçıları IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri, əməkdar artist Tünzalə Ağayevanın, Arzu Dunusovanın ifalarından, “Mirvari” və “Pesvebi” rəqs qruplarının çıxışlarından böyük zövq alıblar.

“Su festivalı” su effektləri, lazer şousu və atəşfəşanlıqla başa çatıb.

Su festivalından aldığı sevinc hislərini AZƏRTAC-ın müxbiri ilə bölüşən rayonun fəal gənci Elvin Həsilov ürək sözlərini belə ifadə edib: “Biz gənclər Xəzərdən başlayan su səyahətinin tarixi anlarını doğma Qaxda yaşadığımız üçün qürur hissi keçiririk. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin Qaxda davam etdirilməsi tolerantlıq mühitində yaşayan rayonumuz üçün unudulmaz bir hadisədir. İki il əvvəl birinci Avropa Oyunlarının, bu il isə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin bu cür möhtəşəm tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi etmək qüdrətindən xəbər verir. İnanırıq ki, IV İslam Həmrəyliyi Oyunları həmrəylik, birlik, sağlam və ədalətli rəqabət ruhunda keçəcək”.

Qax şəhər sakini, 2 nömrəli məktəb-liseyin müəllimi Faiq Sofiyev IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin Qax rayonunda davam etməsindən duyduğu sevinci belə ifadə edib: “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti, nəhayət, doğma Qaxımıza da gəlib çatdı. Bu əlamətdar hadisə rayonumuzun hər bir sakini kimi, məni də çox sevindirir, qürurlandırır. Bu Oyunların ölkəmizdə keçirilməsi Azərbaycanın nəinki İslam aləmində, eləcə də dünya arenasında növbəti uğurudur. Biz bu uğurlara çox sevinir və yarışlarda iştirak edəcək idmançılarımıza qələbələr arzulayırıq”.

Xatırladaq ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə bağlı “Xəzərdən başlayan su səyahəti”nin Qax mərhələsinə respublikamızın dilbər guşələrindən biri sayılan qədim İlisu kəndindəki Ram-rama şəlaləsindən su götürməklə start verilib.

Rayon mərkəzindən 12 kilometr məsafədə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə, Kürmük və Hamamçay çaylarının sahilində yerləşən İlisu kəndi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Tarixi və təbiət abidələri ilə zəngin olan bu diyar termal suları və füsunkar şəlalələri ilə də tanınır. Bu şəlalələrdən ən məşhuru Ram-rama şəlaləsidir. Öz başlanğıcını “Latlar” adlanan dağ sahəsindəki bulaqlardan götürən və hündürlüyü təxminən 70 metr olan Ram-rama şəlaləsi Azərbaycanda ən yüksək şəlalə hesab olunur. Yerli əhali bu şəlaləni İlisu kəndinin üzük qaşı da adlandırır. Sərt keçən qış aylarında şəlalənin suyu donur və əsrarəngiz mənzərə yaradır.

Ram-rama şəlaləsindən suyu Qax şəhər 5 nömrəli tam orta məktəbin şagirdi, voleybol və rəqs həvəskarı Ayşən Hüseynova, yunan-Roma güləşi üzrə Avropa çempionatının bürünc mükafatçısı Əli Əminzadə və sərbəst güləş üzrə SSRİ idman ustası Məmməd Qasımov götürüblər. Bu su qabı mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.

Həmin gün günorta saatlarında Qax Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grasspoots” proqramı çərçivəsində regional idman tədbiri də keçirilib. Tədbirdə Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov, layihə rəhbəri Ülviyyə Əkbərova və Oyunların ulduz səfiri Tünzalə Ağayeva çıxış edərək, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin həyatında mühüm hadisə olduğunu bildirib, yarış iştirakçılarına uğurlar arzulayıblar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği, həmçinin gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan idman müsabiqəsində beş məktəbdən 50-si qız, 50-si oğlan olmaqla 100 şagird iştirak edib. Onlar idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Sonda qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə Oyunların bağlanış mərasiminə biletlər təqdim olunub.

IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsindən qürur duyduğunu bildirən Qax rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov sevinc hislərini AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Azərbaycan möhtəşəm idman bayramı ərəfəsindədir. Bakının bu Oyunlara ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun, sosial-iqtisadi inkişafının göstəricisidir. Sevinirəm ki, Xəzərdən başlayan su səyahəti doğma Qax rayonuna da yetişdi. Əminik ki, bu möhtəşəm idman bayramı da yüksək səviyyədə keçəcək və ölkəmiz daha bir tarixi uğura imza atacaq”.

“Xəzərdən başlayan su səyahəti”nin növbəti dayanacağı aprelin 27-də Qəbələ rayonu olacaq.

1news.az

Paylaş:
879

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər