İstedadlı əlilləri üçün ödənişsiz kurslar başlayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İstedadlı əlilləri üçün ödənişsiz kurslar başlayıb - FOTO

12:34 - 25 / 04 / 2017
İstedadlı əlilləri üçün ödənişsiz kurslar başlayıb - FOTO

24 aprel tarixindən etibarən “İstedadlı Əlillər” İctimai Birliyi “Fiziki məhdudiyyəti olan şəxslər üçün peşə hazırlıq kurslarının təşkil edilməsi və məşğulluğun artırılması” adlı layihəsi çərçivəsində 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin tələbələrinə İngilis dili kurslarının təlim edilməsinə start verib.

1news.az xəbər verir ki, mərkəzin direktoru Rahilə Həsrətova xarici dil kurslarının təşkil edilməsinin gənc iştrakçılar üçün əhəmiyyətindən danışıb.

Sonra İstedadlı Əlillər İctimai Birliyinin sədri, layihənin rəhbəri Cavad Qasımov layihə haqqında geniş məlumat verib.

Daha sonra Şəms Tərcümə Xidmətləri Mərkəzinin nümayəndəsi mövzu ilə əlaqəli çıxış etdərək vurğulayıb ki, kurslar həftədə üç dəfə olmaqla üç ay təlim ediləcək, zərurət olarsa təlimlərin vaxtının artırılmasına baxılacaq.

Fərid Ədalət

Paylaş:
708

Son xəbərlər

Bütün xəbərlər