Novruz Məmmədov amerikalı siyasətçini yenidən tənqid edib
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov onun haqqında yalan məlumatlar yayan amerikalı siyasətçiyə yenidən müraciət edib.
1news.az-ın məlumatına görə, Twitter səhifəsindən bununla bağlı yazıb:
“Mən bir həftə gözlədim, amma siz susqunluğu qorumağa üstünlük verdiniz. Görünən budur ki, sizin kimilər müəyyən şəxsi hədəfə alıb, barəsində istənilən şeyləri yazmağı xoşlayırlar. Sizin Prezident Donald Trampla problemlərinizi nəzərə alsaq, hesab edirəm ki, tanımadığınız insanlar haqqında nağıllar uydurmaqla təsəlli tapırsınız”.
Qeyd edək ki, ötən həftə N.Məmmədov haqqında yalan məlumatlar yayan amerikalı siyasətçi Skott Dvorkindən üzr istəməsini tələb edib.
Pərvanə Sultanova