Sarkisyan və Salber Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər
Ermənistan prezidenti Serj Sarkisyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert salber ilə görüşüb.
1news.az “aysor.am”a istinadən xəbər verir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində inkişaf imkanlarına toxunublar.
Salber bildirib ki, Avropa İttifaqı Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun səylərini dəstəkləməklə problemin sülh yolu ilə həllində maraqlıdır.
Pərvanə Sultanova
495