Florans Manjən: Azərbaycan ilə Fransa arasında siyasi dialoq yüksək səviyyədədir | 1news.az | Xəbərlər
Siyasət

Florans Manjən: Azərbaycan ilə Fransa arasında siyasi dialoq yüksək səviyyədədir

19:13 - 26 / 04 / 2017
Florans Manjən: Azərbaycan ilə Fransa arasında siyasi dialoq yüksək səviyyədədir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjən ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və hər iki ölkə prezidentinin qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərə mühüm töhfələr verdiyi xüsusi vurğulanıb.

Florans Manjən Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin martında Fransaya baş tutan səfərinin məhsuldar olduğunu deyib və ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, həmçinin Fransa şirkətlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sferalarında, xüsusən də kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində işləməkdə maraqlı olduqlarını qeyd edib.

Nazir Elmar Məmmədyarov enerji sahəsində iki ölkə arasında uğurlu əməkdaşlığın mövcudluğunu misal çəkib, digər sahələrdə də fransız şirkətlərinin fəaliyyəti üçün əlverişli imkanların olduğunu bildirib. Nazir TAP layihəsi, eləcə də Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə görülən işlər, habelə bu layihələrin perspektivlərindən danışıb.

Florans Manjən iki fransız bankının sözügedən layihələrin maliyyələşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Elmar Məmmədyarov Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında saziş layihəsi üzrə aparılan danışıqlara toxunub. Fransalı diplomat ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsini və bu sazişin tezliklə imzalanmasını dəstəklədiyini bildirib.

Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesindən danışıb. Həlli uzadılmış münaqişələrin nizamlanmasına münasibətdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi vahid prinsiplərdən çıxış edilməsinin vacibliyini bildirib. O, zor gücünə dövlətlərin tanınmış sərhədlərinin dəyişdirilməsinin qəbuledilməzliyini, bunun beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu diqqətə çatdırıb. Nazir, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının dəfələrlə bəyan etdikləri kimi, indiki status-kvonu qəbuledilməz və qeyri-davamlı olduğunu qeyd edib.

1news.az

Paylaş:
616

Son xəbərlər

Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44
Bütün xəbərlər