Azərbaycanda tələbə qızlar Türkiyəyə qaçmaq istəyərkən hava limanında yaxalanıblar
Gəncədə tələbə qız rəfiqəsi və onun sevgilisi ilə Türkiyəyə qaçmaq istəyib.
1news.az oxu.az-a istinadən xəbər verir ki, Gəncə Dövlət Universitetinin tələbəsi, Alman dili ixtisasının 2-ci kurs tələbəsi Ayla Əliyeva (ad şərtidir – red) tələbə yoldaşı, Fransız dili ixtisasının 4-cü kurs tələbəsi Nazlı Qulamova (ad şərtidir – red) ilə birlikdə Türkiyəyə qaçmaq istəyib.
Ayla adlı qız öz sevdiyi oğlanla birlikdə Türkiyəyə qaçmaq istədiyi zaman, yaxın rəfiqəsinə də onlarla birlikdə getməsini və onlarla birlikdə işləməyi təklif edib.
Gənclər birlikdə Türkiyəyə qaçmaq istəyərkən hava limanında ailə üzvləri tərəfindən saxlanılıblar. Hazırda Gəncədə olan qızlar ailələrinin yanındadırlar.
Məlumata görə, 2-ci kurs tələbəsi olan Aylanın ailəsi onu universitetdən çıxartmaq istəsə də, rəhbərliyin təkidi ilə tələbə universitetdə təhsilini davam etdirəcək.
1news.az