Elman Nəsirov: “Türkiyə ilə bağlı qərar onu göstərir ki, AŞPA-nın fəaliyyətində çox ciddi boşluqlar yaranıb” | 1news.az | Xəbərlər
Siyasət

Elman Nəsirov: “Türkiyə ilə bağlı qərar onu göstərir ki, AŞPA-nın fəaliyyətində çox ciddi boşluqlar yaranıb”

16:30 - 27 / 04 / 2017
Elman Nəsirov: “Türkiyə ilə bağlı qərar onu göstərir ki, AŞPA-nın fəaliyyətində çox ciddi boşluqlar yaranıb”

AŞPA-da Türkiyə ilə bağlı qərəzli qərar məqsədyönlü və planlı şəkildə qəbul edilib. Məqsəd Türkiyəyə qarşı belə təzyiqləri həyata keçirməklə əslində özlərinin islamofob mahiyyətlərini ortaya qoymaq, müsəlman ölkələri ilə münasibətdə selektiv yanaşma nümayiş etdirərək bu ölkələrə dərs verməkdir.

Bunu 1news.az-a açıqlamasında millət vəkili Elman Nəsirov AŞPA tərəfindən Türkiyənin monitorinq mərhələsinə qaytarılması ilə bağlı qərar qəbul olunmasını şərh edərkən deyib.

Türkiyənin Avropa Şurasını yaradan dövlətlərdən biri olduğunu deyən millət vəkili, 1949-cu ilin mayında bu təşkilatın qurucularından birinin məhz Türkiyə olduğunu xatırladıb:

“Bu qurumun əsas fəaliyyəti Avropada insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bir missiyanı daşımaqdan ibarətdir. Həmin missiyanı müəyyən edən dövlətlərdən biri də Türkiyə olub. Amma indi görün nə qədər gülüncdür ki, Türkiyəyə demokratiya dərsi vermək istəyirlər.

Türkiyə ilə bağlı monitorinqin bərpasına dair qərar onu göstərir ki, Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində çox ciddi boşluqlar yaranıb. Əslində AŞPA-nın antitürkiyə qərarı təkcə Türkiyənin hədəfə alınması demək deyil. Bu, eyni zamanda, Avropa Şurasının öz imicinin, nüfuzunun hədəfə alınması deməkdir. Bu, qurum daxilində islamofob, ksenofob qüvvələrin sağlam düşüncə qüvvələrini üstələməsinin göstəricisidir. Yəni, bununla da AŞPA öz gələcəyini sual altına qoymuş oldu”.

Babək Cahandarov

 

Paylaş:
500

Son xəbərlər

Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06
Bütün xəbərlər