Sabah ölkə ərazisində yağmursuz hava şəraiti gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah ölkə ərazisində yağmursuz hava şəraiti gözlənilir

12:56 - 27 / 04 / 2017
Sabah ölkə ərazisində yağmursuz hava şəraiti gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 28-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-11, gündüz 17-22, Bakıda gecə 8-10, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək,  nisbi rütubət  gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında aprelin 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Babək Cahandarov

 

Paylaş:
514

Son xəbərlər

Bütün xəbərlər