İnqilabi qərar: Azərbaycanın regionlarında qəzalı məktəbləri necə əvəz etmək olar? – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İnqilabi qərar: Azərbaycanın regionlarında qəzalı məktəbləri necə əvəz etmək olar? – FOTO

16:58 - 28 / 04 / 2017
İnqilabi qərar: Azərbaycanın regionlarında qəzalı məktəbləri necə əvəz etmək olar? – FOTO

Yaxın günlərdə Təhsil Nazirliyi Azərbaycanın rayonlarına media-tur təşkil edib. Burada KİV nümayəndələri yerli uşaqların təhsil aldıqları modul tipli məktəblərlə tanış olublar.

Regionların sosial-iqtisadi inkişafının yaxşılaşdırılması məqsədilə ötən ilin oktyabrında Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, son iki il ərzində respublikada qəzalı vəziyyətdə olan, şagirlərin sayı 100-dən az məkbətlər modul məktəblərlə əvəzlənəcək.

Pilot layihə olaraq bu günədək 3 məktəb hazırlanıb. Tur çərçivəsində bunlardan ikisi ilə - İsmayıllının Yenikənd kəndində və Göyçayın Hacıağabəyli kəndindəki məktəblə tanış olduq.

Modul binanın üstünlüyü ondadır ki, onları istənilən relyefe uyğun bir ay müddətində quraşdırmaq mümkündü. Lazım gəldikdə təhsil alanların sayından asılı olaraq onları böyüdüb-kiçiltmək də olur. Bundan əlavə, bu cür məktəblər istismarı üçün az maliyyə vəsaiti tələb olunur.

Bütün sadalananlarla yanaşı, burada istilik sistemləri, elektrik, su təchizatı, kanalizasiyası var ki, bu da təmir zamanı tədris prosesinə mane olmur.

Jurnalistlərlə söhbət zamanı Təhsil Nazirliyinin İctimaiyyətlə iş sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, 2017-2018-ci illər ərzində Azərbaycanda 232 məkətəbin modul tipli təhsil ocaqlarına köçürülməsi planlaşdırlır. Hazırda Azərbaycanın 17 rayonunda 23 məktəbdə işlərə başlanılıb. İlin sonunadək 100 məktəb istifadəyə veriləcək.

“Modul məktəblərin tikintisinə yerli materiallardan da istifadə olunub. Bundan əlavə, bu cür məktəblərin tikintisi yeni iş yerlərinin açılışına imkan verir”, - bu sözləri Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini Fərxan Əliyev bildirib.

Dağlarda yerləşən uzaq kəndlərdə məktəb direktorları və müəllimlərlə, eləcə də burada təhsil alan uşaqların valideynləri ilə danışdıq. Onlar bizlərlə öz təəssüratlarını bölüşdülər.

Yenikənd kəndinin orta məktəb direktoru Gülağa Abbasov qeyd etdi ki, əvvəllər tədris 1950-ci ildə inşa edilmiş binada keçilirdi. Buna görə də uşaqlar yaxın kəndlərdəki məktəblərə getməli olurdular.  

“Kəndimizdə yeni məktəbin salınması ilə bağlı ölkə rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. Yerli camaatın buna çox ehtiyacı vardı. Hazırda bu məktəbdə 5 sinif otağı var. Burada 9 şagird təhsil alır. Burada ümumilikdə 150 nəfər yaşayır. Bu cür kompakt məktəbin olması çox yaxşıdır”.

Kənddə 20 il Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən Nazilə Abbasovanın sözlərinə görə əvvəlki binada siçovullar qaçırdı:

“Hazırda isə hər şür şəraitlə təchiz edilmiş yeni məktəbdə uşaqların davamiyyəti də artıb. Onlar hətta soyuq havalarda belə dərsə gəlirlər”.

“Yeni məktəbin yaradılması regionumuz üçün bir addımdır. Nəzərə alsaq ki, əvvəllər bir çox valideynlər uşaqların digər kəndlərdəki məktəbə getməsinə imkanı olmadığından onları dərsə qoymurdu. Bu da uşaqların ibtidai siniflərə gedərək yazmaq, oxumaq kimi ilkin vərdişlərdən məhrum edirdi”, - deyə yerli sakin Zakir Həkimov bildirib.

Hazırda Həkimovun iki nəvəsi var ki, onlarda gələcəkdə bu məktəblərdə təhsil alacaqlar.

Daha sonra isə Göyçayın Hacıağabəyli kəndinə getdik. Burada ikinci modultipli məktəblə tanış olduq. Burada əhalinin ümumi sayı 200 nəfər təşkil edir.

Direktor Ayaz Babayevin sözlərinə görə, məktəbdə 16 şagird təhsil alır və 4 müəllim tədris verir. Bununla bağlı lazımi tədbirlər həyata keçirildi.

“Birinci sinifləri dördüncü siniflərlə birləşdirdik. Bu da müəyyən çətinliklər yaratdı. Çünki hər bir sinifin tədris sistemi başqadır. Buna görə də, müəllim dərs ərzində bir mövzudan digərinə keçmək məcburiyyətində qalırdı.

Lakin biz başqa çıxış yolu görmürdük. Hörmətli Prezidentə minnətdarıq ki, bizə lazımi şəraitdə məşğələlər keçirməyə imkan verdi. Gördüyünüz kimi, məktəb çox yaxşı təmir olunub – işıqlı, geniş və təmzidir”.

Sonda isə ibtidai sinif müəlliməsi Gülbəniz Ömərova öz fikirlərini jurnalistlərlə bölüşüb:

“Əvvəllər bu binanın yerində bir otaq vardı. Qışda buranın işığı olmurdu. Soyuqdan qorunmaq üçün uşaqlar üst geyimində oturmalı olurdular. Bu da təbii ki, tədris prosesinə də mane olurdu. Hazırda isə tədrisin yüksəldilməsi üçün bütün şərait yaradılıb”.

1news.az

Paylaş:
2800

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər