Bakıda idman zalında 35 yaşlı kişi insult keçirərək ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda idman zalında 35 yaşlı kişi insult keçirərək ölüb

12:15 - Bu gün
Bakıda idman zalında 35 yaşlı kişi insult keçirərək ölüb

Bakıda idman zalında 35 yaşlı kişi insult vurması nəticəsində ölüb.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə ötən gün paytaxtın Nərimanov rayonunda baş verib.

Məlumata görə, N.Tusi küçəsində yerləşən idman zalından Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Tural Yaşar oğlu Tapdıqzadə insult diaqnozu ilə xəstəxanaya aparılarkən Təbriz küçəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər