Monqolustan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

Monqolustan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

17:17 - 28 / 04 / 2017
Monqolustan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Monqolustan prezidenti Saxiaqiyn Elbeqdorj Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

 “Zati-aliləri cənab Prezident.

Monqolustan ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Əminəm ki, Monqolustan ilə Azərbaycan arasında dostluq əlaqələri və əməkdaşlıq nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq və regional səviyyələrdə genişlənəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, dost Azərbaycan xalqına rifah arzulayıram”.

S.Xankişiyeva

Paylaş:
878

Son xəbərlər

Bütün xəbərlər