Elmar Məmmədyarov XİN rəhbərlərinin Moskva görüşünə münasibət bildirib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov XİN rəhbərlərinin Moskva görüşünə münasibət bildirib

20:42 - 28 / 04 / 2017
Elmar Məmmədyarov XİN rəhbərlərinin Moskva görüşünə münasibət bildirib

“Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşündə prezidentlərin görüşü müzakirə olunmayıb”.

1news.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bu gün Moskvada keçirilən görüşdə müzakirə olunmayıb: “Prezidentlər görüşməyə özləri qərar verməlidirlər”.

Nazirlərin Moskva görüşünün necə qiymətləndirilməsi ilə bağlı suala isə E.Məmmədyarov bu barədə məlumatın artıq ümumi bəyanatda əks olunduğunu bildirib: “Görüş barədə Hikmət Hacıyev də məlumat verib. Üçtərəfli görüşün nəticələri barədə biz nazirlər dövlət başçılarına məruzə edəcəyik”.

Qeyd edək ki, bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri və ATƏT sədrinin fəaliyyətdə olan köməkçisi Anjey Kaspşik iştirak ediblər.

Saat yarımdan çox çəkən görüşün yekununda birgə bəyanat yayılıb. Bəyanatda aprelin 28-də Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərin işgüzar görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsinin davam etdirildiyi qeyd edilib, 2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Nazirlər bütün müzakirə olunan məsələlər üzrə təmasları davam etdirməyə razılaşıblar.

1news.az

Paylaş:
841

Son xəbərlər

Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06
Bütün xəbərlər