Səfirlikdə xatirə kitabı açılacaq | 1news.az | Xəbərlər
Siyasət

Səfirlikdə xatirə kitabı açılacaq

19:20 - 29 / 04 / 2017
Səfirlikdə xatirə kitabı açılacaq

Qırğızıstanda güclü torpaq sürüşməsinin baş verməsi nəticəsində 24 nəfərin ölməsi ilə əlaqədar olaraq bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.

Bu barədə 1news.az-a Qırğızıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Xatirə kitabı 30 aprel 2 may tarixlərində saat 11:00-dan 13:00-dək, 14:00-dan 16-dək açıq olacaq.

 Qeyd edək ki, Qırğızıstanın Oş vilayətində güclü torpaq sürüşməsinin baş verməsi nəticəsində 24 nəfərin ölməsi ilə bağlı ölkədə matəm elan edilib.

Qırğızıstan prezidenti Almazbek Atambayev bununla əlaqədar sərəncam imzalayıb.

Pərvanə Sultanova

 

 

Paylaş:
648

Son xəbərlər

Bütün xəbərlər