Cocuq Mərcanlıdan qəlpələr, partlamamış hərbi sursat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cocuq Mərcanlıdan qəlpələr, partlamamış hərbi sursat tapılıb

20:46 - 29 / 04 / 2017
Cocuq Mərcanlıdan qəlpələr, partlamamış hərbi sursat tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl  rayonunun Cocuq Mərcanlı kəndində 1 291 ədəd qəlpə, 3 ədəd partlamamış hərbi sursat  (2 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT) və 1 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi) aşkar edərək zərərsizləşdirmək üçün götürüb.

ANAMA-dan 1news.az- a verilən məlumata görə, gün ərzində ümumilikdə 45 830  kv.m ərazi (2 720 kv.m əl ilə, 12 200 kv.m mexaniki üsulla və 30 910 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

1news.az

Paylaş:
809

Son xəbərlər

Bütün xəbərlər