Hərbi ekspert: “Ermənilər raketlərlə hansısa hədəfi vurmaq istəyiblər, amma öz PUA-larını məhv ediblər” | 1news.az | Xəbərlər
Siyasət

Hərbi ekspert: “Ermənilər raketlərlə hansısa hədəfi vurmaq istəyiblər, amma öz PUA-larını məhv ediblər”

17:18 - 01 / 05 / 2017
Hərbi ekspert: “Ermənilər raketlərlə hansısa hədəfi vurmaq istəyiblər, amma  öz PUA-larını məhv ediblər”

Cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirən  Ermənistan silahlı qüvvələrinin  “OSA” zenit raket kompleksindən istifadə etməsi barədə yayılan xəbər məni o qədər də təəccübləndirmədi və həyəcanlandırmadı.

1news.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik İlqar Əliyev bu yaxınlarda atəşkəsi növbəti dəfə pozan Ermənistan silahlı qüvvələrinin  “OSA” zenit raket kompleksindən istifadə etməsini şərh edərkən deyib. Hərbi ekspert fikrini isə bu cür əsaslandırdı: 

“Birincisi, bu raketlər istifadə müddəti bitmiş, anbarlarda qalıb pas atmış sınıq-salxaq qurğulardır. Həmin komplekslər öz taktiki-texniki xarakteristikalarına görə Azərbaycan ordusunda olan hərbi texnika ilə heç müqayisə də edilə bilməz.

İkincisi, tərifləri göyə ucaldılan Ermənistan hərbçilərinin buraxdığı raket boş əraziyə düşüb. Maraqlandım və öyrəndim ki, həmin gün düşmən 3 raket atıb. Keçmiş hərbçi olaraq, dostlarla əlaqə saxlayıb hadisənin mahiyyətini öyrənəndə məşhur fransız filmini xatırladım. Həmin filmdə çəpgöz əsgər səhvən öz təyyarələrini vurduğu kimi, erməni də buraxdığı raketlə öz PUA-nı vurub yerə salıb.

Maraqlısı da odur ki, “quşu gözündən vurmaqla” qürrələnən erməni mütəxəssislərinin buraxdığı raketlərdən heç biri hədəfə çatmayıb və hamısı boşa çıxıb. Raketlərlə hansısa hədəfi vurmaq istəyiblər, amma  sapandla PUA-larını məhv ediblər.

Öz PUA-nı məhv edən, eləcə də boşa çıxan üçüncü raketin də öz səngərləri üzərində partladığından mövqedə olan düşmən əsgərləri və Xocavənddəki erməni əhalisinin də böyük qorxu və təşvişə düşməsi gələn məlumatlar içərisindədir”.

Babək Cahandarov

 

Paylaş:
553

Son xəbərlər

Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06
Bütün xəbərlər